Merts: İsrail İordan çayının Qərb sahilinin ilhaqından imtina etməlidir
Digər ölkələr
- 07 dekabr, 2025
- 00:38
Almaniya Kansleri Fridrix Merts İsraili İordan çayının Qərb sahilinin ilhaqına yönələn hər hansı addımlardan, o cümlədən orada yaşayış məntəqələrinin tikintisindən imtina etməyə çağırıb.
"Report"un məlumatına görə, onun İordaniyaya səfəri zamanı səsləndirdiyi fikirləri Almaniya hökumətinin mətbuat xidməti yayıb.
"Biz Fələstin dövlətçiliyinə aparan yolu açıq saxlamalıyıq. Buna görə də İordan çayının Qərb sahilinin ilhaqına yönələn addımlar ola bilməz – nə formal, nə siyasi, nə tikinti, nə faktiki, nə də digər tədbirlər ki, nəticədə regionun ilhaqına gətirib çıxarsın", – Merts bəyan edib.
Kansler Yaxın Şərq probleminin həllinin iki dövlət – İsrail və Fələstin – əsasında həyata keçirilməsinə sadiqliyini təsdiqləyib.
Son xəbərlər
10:12
Almaniya klubunun azarkeşləri yenilənmiş "Kamp Nou"ya zərər vurublar
Futbol10:10
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
Daxili siyasət10:06
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
Daxili siyasət10:06
"Özbəkneftqaz" Qaraqalpaqstanda yüksək təzyiqli təbii qazın sənaye axınını əldə edib
Energetika10:05
Bəzi yerlərdə gecə və səhər saatlarında yağıntılı hava şəraiti müşahidə olunub
Ekologiya10:02
Aşağı Muğan kanalının yenidən qurulmasına ilkin mərhələdə 75 milyon manat xərclənəcək
İnfrastruktur10:01
Xalq şairi Nəriman Həsənzadə palataya köçürülüb, səhhəti yaxşılaşır
Ədəbiyyat09:57
Azərbaycan nefti 1 %-dən çox ucuzlaşıb
Energetika09:50