Merkel Suriyada münaqişə tərəflərini dialoqa çağırdı

Digər ölkələr
  • 04 oktyabr, 2015
  • 15:52
Merkel Suriyada münaqişə tərəflərini dialoqa çağırdı

Bakı. 4 oktyabr. REPORT.AZ/ Almaniyanın kansleri Anqela Merkel Suriyada münaqişə tərəflərini sülh danışlarına səslədi. “Report”un BBC-yə istinadən verdiyi xəbərə görə, Merkel bildirib ki, Suriya probleminin həlli üçün hərbi güc kifayət etmir.

“İstənilən sülh danışıqlarında Bəşər Əsəd də iştirak etməlidir”, - deyən kansler daha əvvəl BMT-nin təşəbbüsü ilə Cenevrədə keçirilən Suriya müzakirələrinə Almaniya nümayəndələrinin də qatıldığını xatırladıb.