Merkel: "Qaçqınların Avropada bölüşdürülməsi ilə bağlı danışıqlar heç də asan deyil"

Digər ölkələr
  • 25 avqust, 2018
  • 21:10
Merkel: Qaçqınların Avropada bölüşdürülməsi ilə bağlı danışıqlar heç də asan deyil

Bakı. 26 avqust. REPORT.AZ/ "Brüsseldə hazırda qaçqınların Avropada bölüşdürülməsi ilə bağlı müzakirələr aparılır. Bütün ölkələr öz fikirlərini bildirir. Avqustun sonunadək vaxtımız var və ümid edirəm ki, bu vaxt ərzində biz uğur qazanacağıq".

“Report” xəbər verir ki, bunu avqustun 25-də Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu danışıqlar heç də asan deyil.