Mərhum senator Lindsi Qremin bacısı onun yerinə təyin edilib

Digər ölkələr
  • 14 iyul, 2026
  • 03:18
Mərhum senator Lindsi Qremin bacısı onun yerinə təyin edilib

ABŞ-nin Cənubi Karolina ştatının qubernatoru Henri Makmaster mərhum senator Lindsi Qremin kiçik bacısı Dalini onun yerinə təyin edib.

"Report"un məlumatına görə, mərasim "Fox News" telekanalı tərəfindən yayımlanıb.

62 yaşlı Darlin Qrem mərhum qardaşının səlahiyyət müddətinin sonuna qədər ştatın müvəqqəti senatoru vəzifəsini icra edəcək.

"(Lindsinin -red) Kiçik bacısı Darlin Qremdən onun işini bitirməsini xahiş etməkdən şərəf duyuram", Makmaster deyib. Darlin Qrem qubernatora bu şərəfə görə təşəkkür edib.

Prezident Donald Tramp əvvəllər Qremin bacısının müvəqqəti senator vəzifəsinə təyin olunmasını tövsiyə edib. Onun sözlərinə görə, Darlinin mərhum qardaşının Senatdakı yerinə təyin edilməsi Lindsi Qremə böyük ehtiram olacaq.