Mərakeşdə zəlzələdə ölənlərin sayı 2 946 nəfərə çatıb
Digər ölkələr
- 13 sentyabr, 2023
- 22:41
Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 946 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, təbii fəlakət nəticəsində azı 5 674 nəfər xəsarət alıb.
Ən çox qurbanların sayı Əl-Hauz (1684) və Tarudant (980) əyalətlərində qeydə alınıb.
Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ cümə günü yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.
Son xəbərlər
04:49
Media: ABŞ kəşfiyyatı hesab edir ki, İranın öz gücünə inamı artıb
Digər ölkələr04:07
Antalyada cinayətkar qruplaşmaları təbliğ edən 10 nəfər saxlanılıb
Region03:39
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına aviabombaların satışını təsdiqləyib
Digər ölkələr03:18
PSJ Luis Enrike ilə müqaviləni uzadıb
Futbol02:46
Türkiyə Prezidenti 12 ölkəyə yeni səfir təyin edib
Region02:21
Media: Ukrayna Rusiyadan hava atəşkəsi ilə bağlı cavab gözləyir
Digər ölkələr01:52
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə01:30
"Real" La Liqanın cari mövsümündə ilk dəfə məğlub olub
Futbol01:18