Meloni İspaniyanı Şengen sazişinin fəaliyyətini dayandırmaqla hədələyib

Digər ölkələr
  • 31 iyul, 2026
  • 04:46
Meloni İspaniyanı Şengen sazişinin fəaliyyətini dayandırmaqla hədələyib

İtaliyanın Baş naziri Corcia Meloni İspaniyanın muxtar şəhəri Seutada qeyri-qanuni miqrant axını səbəbindən Romanın Madrid ilə Şengen razılaşmasının fəaliyyətini dayandırmağa hazır olduğunu bildirib.

"Report"un məlumatına görə, İtaliya hökumətinin başçısı bu barədə sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, Seutadakı vəziyyət nəzarətsiz qeyri-qanuni miqrasiyanın Avropa sərhədlərinin təhlükəsizliyi üçün təhdid yaratdığını göstərir.

Qeyd edək ki, daha əvvəl İspaniya KİV-ləri son bir həftə ərzində Mərakeşdən Seutaya 1,5 mindən çox miqrantın gəldiyini bildirib. Miqrasiya böhranı fonunda İspaniya hakimiyyəti təhlükəsizlik tədbirlərini gücləndirmək üçün muxtar şəhərə hərbçilər göndərib.