"Melissa" qasırğası nəticəsində 50 nəfər ölüb
Digər ölkələr
- 31 oktyabr, 2025
- 11:39
"Melissa" qasırğası Yamayka və Haitidə təxminən 50 nəfərin həyatına son qoyub.
"Report"un məlumatına görə, bu barədə "The Guardian" nəşri yazır.
Yamaykada 19, Haitidə 30 nəfər həlak olub. Ölənlərin sayının artacağı istisna olunmur.
Haitidə 18 nəfər itkin düşüb, bir neçə min insan evlərindən təxliyə edildikdən sonra müvəqqəti yaşayış yerlərində məskunlaşıb.
Yamaykanın Energetika Nazirliyi təxminən 500 min nəfərin hələ də elektrik enerjisiz qaldığını, telefon rabitəsində problemlərin müşahidə olunduğunu bildirib. Qasırğa ölkənin infrastrukturuna böyük ziyan vurub.
Kubada bir çox əraziləri su basıb, evlər və digər binalar zədələnib. Ölkənin şərq hissəsində 730 min nəfərdən çox insan təxliyə edilib.
Son xəbərlər
15:10
Rezidenturaya qəbulun nəticələri elan olunub
Elm və təhsil14:52
Azərbaycan meşə fındığı ixracından gəlirini 22 %-ə yaxın artırıb
Biznes14:52
Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar
Media14:43
Rusiyaya məxsus dron Moldova ərazisinə düşüb
Digər ölkələr14:39
Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub
Digər ölkələr14:37
Kərim Benzema "Əl-Hilal"dan ayrılmaq üçün şərt irəli sürüb
Futbol14:26
"Barselona" Xulian Alvaresin transferinin baş tutmaması halında ehtiyat plan hazırlayıb
Futbol14:16
Foto
Hərbi Prokurorluğun rəhbər şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət edib
Hadisə14:09