Meksikanın cənubunda 5,5 bal gücündə zəlzələ olub

Digər ölkələr
  • 14 oktyabr, 2017
  • 01:22
Meksikanın cənubunda 5,5 bal gücündə zəlzələ olub

Bakı. 14 oktyabr. REPORT.AZ/ Cümə günü Meksikanın cənubunda yerləşən Оаxaka ştatında 5,5 bal gücündə zəlzələ baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Amilpas Las yaşayış məntəqəsindən 5 km. şimalına düşüb, ocağı 66 kilometr dərinlikdə olub.

Dağıntı və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.