Meksikada zəlzələdən sonra təxminən 200 nəfər itkin düşüb

Digər ölkələr
  • 22 sentyabr, 2017
  • 02:40
Meksikada zəlzələdən sonra təxminən 200 nəfər itkin düşüb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Meksikada güclü zəlzələdən sonra təqribən 200 nəfər itkin düşmüş hesab olunur.

“Report” xəbər verir ki, bunu ölkənin mülki müdafiə qüvvələrinin milli koordinatoru Luis Felipe Puente deyib.

O həmçinin əlavə edib ki, zəlzələ paytaxt Mexikoda 44-ə yaxın evi dağıdıb.

Puentenin sözlərinə görə, yaxın vaxtlarda daha bir neçə tikili yeraltı təkanlar nəticəsində dağıla bilər.

Zəlzələ nəticəsində ölənlərin sayının 273 nəfərə çatıb.