Meksikada son sutkada koronavirusa 5,2 min insan yoluxdu
- 13 iyun, 2020
- 01:36
Meksikada koronavirusa yoluxma hallarının ümumi sayı 140 minə çatır.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsinin direktoru Xose Luis Alomia bildirib.
"Son gün ərzində yoluxma hallarının artımı 3,9% təşkil etdi. Bu, 5 222 yoluxma halıdır, hansılar ki, son gün ərzində təsdiq edilib", - Alomia mətbuat konfransında deyib.
Meksikada koronavirusa ilk yoluxma 28 fevralda aşkarlanıb. Bütün vaxt ərzində virusa yoluxmaların sayı 139 196-ya çatıb. Hazırda 21 872 insan koronavirus xəstəsi sayılır.
Ölkədə COVID-19-dan ölüm hallarının sayı artıb. Son sutkada daha 544 nəfər virusa yoluxub. Bununla da pandemiya qurbanlarının sayı 16 448 nəfərə çatıb. Bununla yanaşı, ölmüş 1 508 nəfərin analizlərinin nəticələri araşdırılır.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.