Meksikada koronavirusla bağlı son vəziyyət açıqlandı

Digər ölkələr
  • 14 may, 2020
  • 04:41
Meksikada koronavirusla bağlı son vəziyyət açıqlandı

Meksikanın Səhiyyə nazirliyi ölkədə koronavirusla bağlı statistikanı yeniləyib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, 40 186 nəfərdə koronavirus testi müsbət nəticələnib.

Qeyd olunub ki, son 24 saat rəzində 1 862 nəfərdə COVID-19 aşkarlanıb. 14 gündə bu rəqəm 9 738 şəxs təşkil edib.

Koronavirusun yaratdığı xəstəlikdən 4 220 pasiyent ( son 24 saatda 294 nəfər) dünyasını dəyişib.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 148 497 test aparılıb.