Meksikada avtobusun aşması nəticəsində azı 7 nəfər ölüb
Digər ölkələr
- 23 noyabr, 2025
- 05:10
Meksikanın qərbindəki Miçoakan ştatında avtobusun qəzaya uğraması nəticəsində azı 7 nəfər ölüb, 20 nəfər yaralanıb.
"Report" bu barədə yerli KİV-ə istinadən xəbər verir.
Məlumata görə, turist avtobusu Uruapandan çıxıb və Tlalpuhaya bələdiyyəsinə gedirmiş. Naməlum səbəbdən sürücü idarəetməni itirib və nəticədə avtomobil aşıb.
Qəza nəticəsində azı 7 nəfər həlak olub, daha 20 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Qəza yerində təcili yardım xidmətləri işləyir.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Son xəbərlər
13:23
"Jamestown": Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir
Xarici siyasət13:20
Azərbaycan qlobal logistika xəritəsini yenidən formalaşdırır - Çin-Mərkəzi Asiya və Orta Dəhliz sınağı - ŞƏRH
Analitika13:16
"Anglo Asian Mining" I yarımildə Azərbaycanda qızıl istehsalını 1,8 % artırıb
İnfrastruktur13:13
Brayan Leyb: Bayden Azərbaycanın ABŞ-nin maraqları üçün əhəmiyyətini yetərincə dəyərləndirməyib
Xarici siyasət13:10
Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy barəsində qərar verilib
Hadisə13:10
Foto
Azərbaycan və Slovakiya standartlaşdırma və metrologiyada əməkdaşlıq edəcək
Biznes13:09
Səfir: Azərbaycanın ruandalı tələbələr üçün təqaüd proqramı gənclərə peşəkar bacarıqlar qazanmağa şərait yaradır
Elm və təhsil13:08
Bakının Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
İnfrastruktur12:55