Meksikada aktyorlar serial çəkilişi zamanı həlak olub

Digər ölkələr
  • 17 yanvar, 2020
  • 21:43
Meksikada aktyorlar serial çəkilişi zamanı həlak olub

Meksikada serial çəkilişi zamanı faciə baş verib.

“Report”un məlumatına görə, bu barədə “Televisa” telekanalı bildirib.

Qeyd edilir ki, hadisə Mexikoda baş verib. "Həqiqət qarşısında qorxusuz" serialının çəkilişlərinin gedişatında aktyor Xorxe Navarro Sançes və Luis Xerardo Rivera asma körpüdən yıxılma nəticəsində həlak olublar.

Məlumata görə, faciə 2018-ci ildən efirə çıxan serialın üçüncü bölümünün çəkilişlərində baş verib. Hadisənin təfərrüatları açıqlanmır. Çəkiliş qrupunun rəhbərliyi Mexiko hakimiyyəti ilə hadisənin başvermə şəraitinin araşdırılması istiqamətində əməkdaşlıq edir.

44 - Tezliklə