Meksika sahillərində 8,1 bal gücündə zəlzələ baş verib

Digər ölkələr
  • 08 sentyabr, 2017
  • 05:29
Meksika sahillərində 8,1 bal gücündə zəlzələ baş verib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Meksika sahillərində 8,1 bal gücündə zəlzələ olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin mərkəzi Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə yerləşib.

Məlumata görə, yeraltı təkanların ocağı 33 km dərinlikdə olub.

Güclü zəlzələdən sonra Meksika sahillərində sunami təhlükəsi elan edilib.

Dağıntı və fəlakət qurbanları barədə məlumat verilməyib.