Meksika paytaxtında metroda iki qatar toqquşub, ölən və yaralananlar var - YENİLƏNİB
- 07 yanvar, 2023
- 20:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Meksikanın paytaxtı Mexikoda metronun üçüncü xəttində iki qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 35 nəfərə çatıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin ictimai təhlükəsizlik departamentinin rəhbəri Omar Qarsiya bildirib.
Zərərçəkənlər Mexikodakı tibb müəssisələrinə aparılıb və onlara lazımi yardım göstərilib.
Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib. Xilasetmə əməliyyatı davam edir.
22:42
Meksikanın paytaxtı Mexikoda metronun üçüncü xəttində iki qatarın toqquşması nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər şurasının sədri Klaudiya Şeynbaum tviterdə deyib.
"Qatarda sıxışan dörd nəfərdən üçü artıq xilas edilib, birinin isə çıxarılması davam edir. Bu günə qədər bir nəfərin öldüyü təsdiqlənib", - şəhər rəsmisi bildirib.
Hadisənin səbəbləri ilə bağlı məlumat hələlik açıqlanmayıb, xilasetmə əməliyyatı davam edir.