Malidə sülhməramlıları daşıyan avtomobil minaya düşüb

Digər ölkələr
  • 14 iyun, 2021
  • 01:16
Malidə sülhməramlıları daşıyan avtomobil minaya düşüb

BMT-nin Malidə sabitləşmə üzrə çoxprofilli kompleks missiyasının (MİNUSMA) azı səkkiz sülhməramlısı ölkənin mərkəzi hissəsində baş verən partlayış nəticəsində yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Frans Press agentliyi BMT-dəki və Mali ordusundakı mənbələrə istinadən məlumat yayıb.

Sülhməramlıları daşıyan nəqliyyat vasitəsi Duenza şəhəri yaxınlığında minaya düşüb və nəticədə partlayış baş verib. Qeyd olunub ki, səkkiz nəfərdən beşinin vəziyyəti ağırdır.