Makron yenidən Lekornyunu Baş nazir təyin edib

Digər ölkələr
  • 11 oktyabr, 2025
  • 00:37
Makron yenidən Lekornyunu Baş nazir təyin edib

Fransa Prezidenti Emmanuel Makron Sebastyan Lekornyunu yenidən Fransanın Baş naziri təyin edib.

"Report"un məlumatına görə, bu barədə BFMTV Yelisey Sarayının bəyanatına istinadən xəbər yayıb.

"Respublika Prezidenti Sebastyan Lekornyunu Baş nazir təyin etdi və ona hökuməti formalaşdırmaq tapşırığı verdi", - əlavə təfərrüatın verilmədiyi qısa bəyanatda deyilir.

İstefasından sonra missiyasının başa çatdığını və Baş nazir postuna qayıtmayacağını bəyan edən Lekornyunun özü də "X"dəki hesabında təyinatı təsdiqləyib. Siyasətçi ilin sonuna qədər büdcəni formalaşdırmaq və "fransızları qıcıqlandıran" və "Fransanın imicinə xələl gətirən" siyasi böhrana son qoymaq üçün dövlət başçısının təklifini vəzifə borcu ilə qəbul etdiyini bildirib. "Mən bu missiyanın uğurlu olmasını təmin etmək üçün hər şeyi edəcəyəm", - o yazıb.

Son xəbərlər

Bütün Xəbər Lenti