Makron Fransa və Türkiyənin NATO-nun birliyinə sadiq olduqlarını bildirib

Digər ölkələr
  • 30 iyun, 2022
  • 03:08
Makron Fransa və Türkiyənin NATO-nun birliyinə sadiq olduqlarını bildirib

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin və Türkiyənin NATO-nun birliyinə, eləcə də gücünə sadiq olduqlarını bildirib.

“Report” xəbər verir ki, dövlət başçısı bu barədə tviter hesabında yazıb.

Makron Ukraynadakı müharibə ilə əlaqədar Fransa və Türkiyənin NATO-nun birliyinə, gücünə hər zamankindən daha çox sadiqliklərini önə çəkib.

Dövlət başçısı bildirib ki, iki ölkə Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracını təmin etmək üçün səylərini davam etdirəcək.

44 - Tezliklə