Makron: Fransa-Almaniya Nazirlər Şurası iki ölkənin təhlükəsizliyini gücləndirməyə imkan verəcək
- 17 iyul, 2026
- 13:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa-Almaniya Nazirlər Şurası iki ölkəyə rəqabətqabiliyyətini, təhlükəsizliyi və müdafiəni gücləndirməyə imkan verməlidir.
"Report" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Almaniyada bu gün Kansler Fridrix Merts ilə birlikdə həmsədrlik etdiyimiz Fransa-Almaniya Nazirlər Şurası bizə rəqabətqabiliyyətimizi, təhlükəsizliyimizi və müdafiəmizi gücləndirməyə imkan verməlidir. Fransa-Almaniya yanaşması bu gün suverenlik sahəsindəki gündəliyimizin həyata keçirilməsi üçün həmişə olduğundan daha çox zəruridir", - o qeyd edib.
Xatırladaq ki, Nazirlər Şurasının iclası 16-17 iyul tarixlərində Almaniyanın qərbindəki Brül şəhərində keçirilir. İki ölkənin liderləri "Nervenix" aviabazasında müdafiə məsələlərini müzakirə edəcəklər, bundan sonra nazirlər onlara qoşulacaqlar.