Makron Bayden və Zelenski ilə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib
- 14 mart, 2022
- 01:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Co Bayden və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb.
“Report” xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat verilib.
“İki dövlətin başçıları Rusiyaya qarşı tətbiq edilən sanksiyaları gücləndirmək, Ukraynanı dəstəkləmək və hərbi əməliyyatlara son qoymaq üçün bütün faydalı təşəbbüsləri birgə həyata keçirmək barədə razılığa gəliblər. Onlar bu məsələ ilə bağlı sıx əlaqə saxlayacaqlar”, - Sarayın saytında yerləşdirilən bəyanatda deyilir.
Qeyd olunur ki, Makron Baydenlə söhbəti zamanı jurnalist Brent Renonun Ukraynada vəfatı ilə bağlı da başsağlığı verib.
Zelenski isə Makronu Ukraynadakı vəziyyətlə bağlı məlumatlandırıb, Fransa lideri Kiyevə tam dəstəyini bildirib və Aİ-nin Versal sammitinin nəticələri ilə bağlı razılaşdırılmış yardımdan danışıb.
“İki dövlət başçıları Rusiya və Ukrayna arasında danışıqların davam etdirilməsini müzakirə ediblər. Yaxın günlərdə koordinasiyanı davam etdirəcəklər”, - məlumatda deyilir.