Mahmud Abbas: "Fələstin ABŞ-la istənilən formada əməkdaşlıqdan imtina edir"

Digər ölkələr
  • 12 fevral, 2018
  • 19:03
Mahmud Abbas: Fələstin ABŞ-la istənilən formada əməkdaşlıqdan imtina edir

Bakı. 12 fevral. REPORT.AZ/ Fələstin rəsmi Vaşinqtonun hərəkətləriylə əlaqədar, o cümlədən Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə görə Birləşmiş Ştatlarla istənilən formada əməkdaşlıqdan imtina edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinlə görüşün gedişatında Fələstin lideri Mahmud Abbas bildirib.

Abbasın sözlərinə görə, Vaşinqtonun ABŞ səfirliyinin Qüdsə köçürülməsi haqqında qərarı (Fələstin üçün-red) şillədir.

"ABŞ-ın hərəkətləri ilə yaradılmış belə mühitdə indiki andan amerikalılarla onların hər hansı növ statusunda əməkdaşlıqdan imtina edirik. Çünki biz onların hərəkətlərinə qarşı çıxırıq", - deyə o bildirib.

Daha əvvəl Tramp ABŞ-ın vitse-prezidenti Mayk Pensin Yaxın Şərqə səfəri zamanı ona qarşı edilən "hörmətsilizyə" görə Fələstini maddi yardımdan məhrum etməsi ilə hədələyib.