Maduronu Nyu-York məhkəməsində Assancın vəkili müdafiə edəcək

Digər ölkələr
  • 05 yanvar, 2026
  • 21:39
Maduronu Nyu-York məhkəməsində Assancın vəkili müdafiə edəcək

Venesuela prezidenti Nikolas Maduronun Nyu-York məhkəməsindəki maraqlarını "WikiLeaks" təsisçisi Culian Assancın azad edilməsi, həmçinin keçmiş "Enron" mühasibinin uğurlu müdafiəsi və digər məşhur işlərlə tanınan Vaşinqton vəkili Barri C. Pollak təmsil edəcək.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd olunub ki, Maduronun həyat yoldaşı Siliya Floresin müdafiəsini Texasdan olan vəkil Mark Donnelli öz üzərinə götürəcək.

Bu gün ABŞ tərəfindən tutulmuş venesualı lider və onun həyat yoldaşı Nyu-Yorkda məhkəmədə 92 yaşlı hakim Elvin Hellerştaynın sədrliyi ilə məhkəmə qarşısına çıxacaqlar. O, səs-küylü və rezonans doğuran işləri ilə tanınır. Hakim, 11 sentyabr terror aktlarından zərərçəkənlər üçün kompensasiya işləri, Harvi Vaynşteyn əleyhinə və "Darfur soyqırımı" araşdırması ilə tanınır.

Hakimin ABŞ prezidenti Donald Trampla bağlı işlərdə də təcrübəsi var.

Son xəbərlər

Bütün Xəbər Lenti