Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb

Digər ölkələr
  • 06 may, 2024
  • 02:48
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb

ABŞ Latın Amerikası bölgəsini hərbiləşdirir və Qayananı Venesuelaya hücum etməyə hazırlayır.

“Report” xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Madurodan vitse-prezident Delsi Rodriges sosial şəbəkədə sitat gətirib.

Venesuela lideri iddia edib ki, MKİ-nin 12 bazası və ABŞ Cənub Komandanlığının 14 məxfi bazası artıq Qayanada yerləşdirilib.

“Latın Amerikası və Karib hövzəsi sülh zonası olaraq qalmalıdır”, – Rodriges qeyd edib.

O, öz hesabında Venesuela Prezidenti Nikolas Maduronun müdafiə naziri Vladimir Padrino Lopeslə söhbətində “Qayananın Latın Amerikası və Venesuelada sülhə təhdid mərkəzinə çevrildiyini” ifadə etdiyi bir video yerləşdirib.