Madrid metrosunda atışma olub
Digər ölkələr
- 28 sentyabr, 2017
- 13:25
Bakı. 28 sentyabr. REPORT.AZ/ İspaniyanın paytaxtı Madrid şəhərindəki metro xəttlərindən birində vaqonda atəş açılması səbəbindən sərnişinlər evakuasiya edilib.
Bu barədə "Report" İspaniya KİV-inə istinadən xəbər verir.
Şahidlər qatarın sonuncu vaqonunda iki sərnişin arasında mübahisə yaşandığını bildiriblər. Sərnişinlərdən biri tapança çıxararaq tavana atəş açıb. Mübahisə edən şəxslərin hər ikisi həbs olunub, zərərçəkən yoxdur.
Yerli polis hər iki sərnişinin sərxoş vəziyyətdə olduğunu bildirib.
Metroda hərəkət hər iki istiqamətdə dayandırılıb.
Hüquq-mühafizə orqanları hadisə yerini mühasirəyə alıb.
Son xəbərlər
04:16
FİFA İnfantinonun uğursuz layihəsindən sonra reputasiyanı qorumaq üçün tədbirləri gücləndirəcək
Digər ölkələr03:51
Tramp NATO-nun avropalı üzvlərinin hərbi potensialını tənqid edib
Digər ölkələr03:13
Yaponiyada Xirosima qurbanlarının xatirəsi yad ediləcək
Digər ölkələr02:30
Tramp: İranla razılaşma əldə etməyə üstünlük verərdim
Digər ölkələr02:15
ABŞ polisilikona gömrük rüsumları tətbiq etməyi planlaşdırır
Digər ölkələr01:54
Almaniyanın daxili işlər naziri hibrid hücum barədə açıqlama verib
Digər ölkələr01:26
ÜST rəhbəri KDR-də Ebolanın yayılmasının sürətləndiyi barədə xəbərdarlıq edib
Digər ölkələr00:39
Sulutəpədə avtoservisdə yanğın baş verib
Hadisə00:11