Madriddə bardakı partlayışda xəsarət alanların sayı 25-ə çatıb - YENİLƏNİB
- 13 sentyabr, 2025
- 20:07

İspaniyanın paytaxtı Madriddə baş verən partlayış nəticəsində azı 25 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Öz növbəsində, fövqəladə hallar xidməti indiyədək 21 yaralı barədə məlumat verib.
Nəşr qeyd edir ki, partlayış Madridin Puente de Valyekas bölgəsindəki yaşayış binasının zirzəmisində baş verib, sakinlər təxliyə edilib. Partlayış dalğası Mis Tesoros barına təsir edib.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Qaz partlayışının baş verməsi ehtimalı var.
İspaniyanın paytaxtı Madriddə barda baş verən partlayış nəticəsində azı 14 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
İdarədən verilən məlumata görə, zərərçəkənlərə lazımi tibbi yardım göstərilib.
Hadisə yerində yanğınsöndürənlər işləyir. Partlayışın səbəbləri hələ müəyyən edilməyib.