Macarıstan XİN başçısı ukraynalı həmkarı və Prezident Ofisinin rəhbəri ilə görüşüb

Digər ölkələr
  • 29 yanvar, 2024
  • 11:16
Macarıstan XİN başçısı ukraynalı həmkarı və Prezident Ofisinin rəhbəri ilə görüşüb

Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın Ujqorod şəhərində ukraynalı həmkarı Dmitro Kuleba və Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla görüşüb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Müzakirələrin əsas mövzusu Kiyev-Budapeşt əlaqələrinin inkişafı ilə bağlı olub.

Danışıqların detalları hələ ki, açıqlanmayıb.