Loran Fabius: ""Normand dördlüyü" tərəfləri razılaşmaya əməl etməyə çağırır"
Digər ölkələr
- 24 fevral, 2015
- 15:02
Bakı. 24 fevral. REPORT.AZ/ ""Normand dördlüyü" ölkələrinin xarici işlər nazirləri Ukraynadakı münaqişə tərəflərini bir daha Minsk razılaşmasına əməl etməyə çağırıblar". "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Fransanın xarici işlər naziri Loran Fabius jurnalistlərə açıqlamasında bildirib.
"Biz Fransa, Almaniya, Rusiya və Ukrayna XİN rəhbərləri tərəfləri Minsk razılaşmasına tamamilə əməl etməyə çağırırıq. Bu razılaşmaya həmçinin atəşkəs rejiminə əməl olunması və ağır hərbi texnikanın təmas xəttindən geri çəkilməsi daxildir", - L.Fabius deyib.
Qeyd edək ki, Ukraynadakı böhranın nizamlanmasına dair "Normand dördlüyü" ölkələrinin XİN rəhbərlərinin Parisdə keçirilən görüşü üç saatdan çox davam edib.
Son xəbərlər
12:39
Cahongir Racabov: Azərbaycan və Özbəkistan startapları birgə təşəbbüsləri fəal şəkildə inkişaf etdirirlər
İnfrastruktur12:39
Madyar: Andraş Baka rəsmən Macarıstan prezidenti vəzifəsinin icrasına başlayıb
Digər ölkələr12:39
Gürcüstanın dəmiryol yükdaşımalarında Azərbaycanın payı 22,7 %-dir
Region12:38
Foto
ASCO-nun "Üzeyir Hacıbəyli" gəmisi əsaslı təmir olunub
İnfrastruktur12:37
ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı!
Maliyyə12:35
ABŞ millisinin müdafiəçisi Mark Makkenzi "Filadelfiya"ya keçib
Futbol12:31
Sabah bəzi rayonlarda leysan olacaq
Ekologiya12:15
Cəlilabadda avtomobil qəzası olub, sürücü ölüb
Hadisə12:14