Londonun mərkəzində İkinci Dünya müharibəsindən bəri ən böyük müdafiə zavodu açılacaq

Digər ölkələr
  • 14 sentyabr, 2026
  • 09:52
Londonun mərkəzində İkinci Dünya müharibəsindən bəri ən böyük müdafiə zavodu açılacaq

Böyük Britaniyanın "Isembard" startapı Londonun mərkəzi hissəsində İkinci Dünya müharibəsindən bəri ən böyük müdafiə zavodunu açacaq.

"Report"un "Financial Times"a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin rəhbərliyindən bildirilib.

"Isembard"ın baş direktoru Aleksandr Fitsceraldın məlumatına görə, şirkət avtoparkın yerində ümumi sahəsi 160 min kv. m olan dördmərtəbəli zavod və mənzil-qərargah inşa edib. Müəssisədə dronlar, raketlər, robotlar, sualtı qayıqlar və reaktiv mühərriklər üçün komponentlərin istehsalı planlaşdırılır.

Şirkətin əsas müştəriləri arasında ABŞ-nin "Anduril", Britaniyanın "Babcock International" şirkətləri və Böyük Britaniya hökuməti var.

Qeyd olunub ki, "Isembard" istehsal şəbəkəsini genişləndirməyi planlaşdırır. Böyük Britaniya, ABŞ, Fransa və Almaniyada şirkətin 15-ə yaxın zavodu fəaliyyət göstərir.

Böyük Britaniya müdafiəyə ÜDM-in təxminən 2,5 %-ni ayırır. Birləşmiş Krallığın əvvəlki Baş naziri Kir Starmer növbəti çağırış parlamentdə müdafiə xərclərinin ÜDM-in 3 %-nə qədər artırılmasını yekun hədəf adlandırmışdı. Parlament seçkiləri 2029-cu ilin avqust ayından gec olmayaraq keçiriləcək.

44 filmi