Londonun mərkəzində hotellər və kommersiya təşkilatları ehtiyat üçün boşaldılır

Digər ölkələr
  • 23 yanvar, 2018
  • 05:27
Londonun mərkəzində hotellər və kommersiya təşkilatları ehtiyat üçün boşaldılır

Bakı. 23 yanvar. REPORT.AZ/ Londonun Vestminster bölgəsində qaz sızması səbəbindən bir neçə hotel və kommersiya təşkilatı ehtiyat tədbirləri ilə əlaqədar boşaldılır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polisdən bildirilib.

"Strend küçəsində qaz sızması ilə əlaqədar kommersiya təşkilatları və hotellər ehtiyat tədbirləri qismində boşaldılır", - polisin məlumatında deyilir.

Sürücülər və piyadalardan bu ərazidən uzaq olmaq xahiş edilir.

Hadisə yerində yanğınsöndürənlər və polis çalışır.

44 filmi