Liviyada həlak olanların sayı artıb

Digər ölkələr
  • 22 aprel, 2019
  • 01:51
Liviyada həlak olanların sayı artıb

Son məlumatlara görə, Liviyada hərbi əməliyyatlar nəticəsində 254 nəfər həlak olub1,2 min nəfərdən çox insan yaralanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Liviya bölməsi Twitter-də bildirib.

"Tripolidə toqquşmalar nəticəsində ölənlərin sayı 254 nəfərə çatıb və 1228 nəfər yaralanıb", - deyə xəbərdə qeyd edilir.