Liviya sahillərində miqrant qayığı batıb: 8 nəfər ölüb, 100 nəfər itkin düşüb

Digər ölkələr
  • 11 iyun, 2017
  • 00:04
Liviya sahillərində miqrant qayığı batıb: 8 nəfər ölüb, 100 nəfər itkin düşüb
Courtesy İmage

Bakı. 11 iyun. REPORT.AZ/ Liviya sahillərində miqrantlarla dolu qayığın qəzaya uğraması nəticəsində 8 nəfər ölüb, 100-dən çox adam itkin düşüb.

"Report"un məlumatına görə, bu barədə "Agency France Presse" xəbər verib.

Liviya paytaxtı yaxınlığındakı Qarabulli şəhərinin sahil mühafizəsinin rəisi, polkovnik Fəthi Əl-Rayani bildirib ki, qayıqda 8 nəfərin cəsədi tapılıb. Onun sözlərinə görə, azı 100 miqrant itkin düşüb.

Agentliyin xəbərinə görə, Liviyanın sahil mühafizəsi xidməti qayığı Qarabulli sahilləri yaxınlığında aşkarlayıb, həlak olanların cəsədləri onun içində imiş.