Livanda hava zərbələri nəticəsində ölənlərin sayı 12-ə çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 04 mart, 2026
  • 13:03
Livanda hava zərbələri nəticəsində ölənlərin sayı 12-ə çatıb - YENİLƏNİB

Bu gün Livanda İsrailin hava zərbələri nəticəsində ən azı 12 nəfər həlak olub.

"Report" xəbər verir ki, bunu Livanın milli informasiya agentliyi bildirib.

Onlardan 6-sı Baalbekdəki yaşayış binasına endirilən zərbə nəticəsində həlak olub, qalanları isə Beyrutun cənubundakı Aramun və Saadiyyət rayonlarında ölüb.

Bundan əlavə, 23 nəfər yaralanıb, 2 nəfər itkin düşüb.

Livanın Baalbek şəhərində yaşayış binası hava zərbəsinə məruz qalıb, altı nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə NNA agentliyi Mülki Müdafiə İdarəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, 15 nəfər yaralanıb, dağıntılar təmizlənir və itkin düşmüş hesab edilən iki nəfərin axtarışı davam etdirilir.

Qeyd edək ki, İsrail Müdafiə Ordusu martın 2-də Livanda "Hizbullah" qruplaşmasına qarşı əməliyyata başladığını elan edib və onun bir neçə gün davam edə biləcəyini vurğulayıb.