Livanda iki İsrail əsgəri həlak olub
Digər ölkələr
- 27 mart, 2026
- 00:01
Livanın cənubunda döyüş əməliyyatları zamanı iki İsrail əsgəri həlak olub.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Sərhəddə "Hizbullah"la davam edən toqquşmalar fonunda Livanın cənubunda döyüşlər zamanı iki əsgər həlak olub", - bəyanatda deyilir.
Beləliklə, İsrail və Livan arasında təkrar eskalasiyanın başlanmasından bəri həlak olan İsrail əsgərlərinin sayı dördə çatıb. Onlardan ikisi martın 8-də həlak olub.
Agentlik qeyd edib ki, "Hizbullah" və İsrail arasındakı münaqişə ABŞ və İsrailin İrana qarşı müharibəsinin ən qanlı yan təsirinə çevrilib.
İsrail ordusunun Livandakı hücumu nəticəsində 1000-dən çox insan həlak olub, 1 milyondan çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Son xəbərlər
20:51
Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur
Digər ölkələr20:35
Norris "Formula 1" üzrə Macarıstan Qran-prisində qələbə qazanıb
Formula 120:17
Əraqçi: Zelenski İran gəmisinə hücum edərək dənizçini öldürüb
Region20:00
Malatyada toy karvanında qəza baş verib
Region19:44
Hakan Fidan Al Tani və Asim Munirlə ABŞ-İran danışıqlarını müzakirə edib
Region19:29
İraqda 400 kq qızıl və 175 milyon dollar müsadirə edilib
Digər ölkələr19:13
Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək
Ekologiya19:07
Füzulidə "Aerokosmik Modelçilik Festivalı 2026" keçirilib
Daxili siyasət18:52