Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib

Digər ölkələr
  • 10 sentyabr, 2026
  • 03:59
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib

Livanın şimal sahillərində gəmi batdıqdan sonra xilas edilən bir qrup qanunsuz miqrant çərşənbə günü "Əl-Əridə" sərhəd-keçid məntəqəsində Suriya hakimiyyət orqanlarına təhvil verilib.

"Report" "Asharq al-Awsat" qəzetinə istinadən xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətindəki mənbə bildirib.

Onun məlumatına görə, sentyabrın 8-də Livan Hərbi Dəniz Qüvvələrinin üzvləri 21 Suriya vətəndaşını sudan xilas ediblər. Onların qeyri-qanuni yolla Kiprə çatmağa çalışdıqları qayıq ölkənin şimalındakı Tripoli limanı yaxınlığında yanaraq batıb.

Gəmidə olan insanların dəqiq sayı hələlik müəyyən edilməyib. Livan sahillərində axtarış-xilasetmə əməliyyatı davam edir.

Üç suriyalı ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

44 - Tezliklə