Litva Belarusla bütün keçid məntəqələrini bağlayıb

Digər ölkələr
  • 27 oktyabr, 2025
  • 02:42
Litva Belarusla bütün keçid məntəqələrini bağlayıb

Litva hakimiyyəti Belarusla sərhəddə fəaliyyət göstərən sonuncu iki keçid məntəqəsini qeyri-müəyyən müddətə bağlayıb.

"Report"un yerli KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, söhbət Medininkay kəndində və Şalçininkay rayon mərkəzinə keçid məntəqələrindən gedir. Qərar hava balonlarından istifadə edərək siqaretlərin müntəzəm qaçaqmalçılığı ilə əlaqədar qəbul edilib.

Belə ki, bu səbəbdən artıq bir neçə dəfə Vilnüs Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.

Oktyabrın 26-da hava limanı üç gün ərzində üçüncü dəfə, Bakı vaxtı ilə saat 21:40-dan 01:40-a (27 oktyabr - Qeyd) kimi bağlanıb. Həftə ərzində 14 000-dən çox sərnişin oxşar hadisələrlə üzləşib: 95 reys gecikdirilib, ləğv edilib, istiqaməti dəyişdirilib və ya ilkin təyinat yerinə qaytarılıb.

Hökumətin oktyabrın 27-də keçid məntəqələrinin nə vaxt açılacağına dair qərar verəcəyi gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti