Litva Aİ-dən Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi tələb edib
- 04 mart, 2022
- 18:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları genişləndirməli və sərtləşdirməlidir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Litva Prezidenti Qitanas Nauseda Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə telefon danışığı zamanı bildirib.
Nauseda xatırladıb ki, Avropa İttifaqı artıq anti-Rusiya sanksiyaları ilə bağlı lazımi qərarlar qəbul edib, lakin bu, kifayət deyil.
Siyasətçi, həmçinin Aİ-ni Ukraynanın təşkilata qəbulunu sürətləndirməyə çağırıb.
“Ukrayna Aİ-yə üzv olmaq üçün namizəd statusu almalıdır”, - Nauseda deyib.
Litva dövlət başçısı əlavə edib ki, Avropa İttifaqı Kiyevə siyasi, iqtisadi və hərbi yardım göstərməkdə davam etməlidir.
Qeyd edək ki, Aİ Rusiyaya qarşı dördüncü sanksiyalar paketi hazırlayır.