Lekornyu: Fransada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
- 19 oktyabr, 2026
- 17:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın Baş naziri Sebastyan Lekornyu kütləvi iğtişaşlar fonunda zərurət yaranarsa, ölkədə fövqəladə vəziyyətin tətbiqini istisna etməyib.
"Report" Fransa mediasına istinadən xəbər verir ki, o, bu barədə jurnalistlər üçün keçirilən brifinq zamanı bildirib.
Bununla yanaşı, o qeyd edib ki, hazırda vəziyyətin nizamlanması üçün digər tədbirləri daha uyğun hesab edir.
"Əgər faydalı olarsa, mən bunu edəcəyəm. Fövqəladə vəziyyət siyasi alət deyil. Bu, o cümlədən onun icrası baxımından da ciddi məsələdir. Hazırkı məqamda komendant saatının tətbiqi mənə yaranmış vəziyyət üçün daha uyğun gəlir", - o qeyd edib.
Brifinq zamanı daxili işlər naziri Loran Nunyes bildirib ki, gözlənilən etiraz aksiyaları ilə əlaqədar bu həftəsonu polis və jandarm qüvvələri gücləndiriləcək: "Bu axşamdan etibarən bir sıra tədbirlər tətbiq ediləcək".