Le Pen: "Prezident seçiləcəyim təqdirdə Fransa NATO-nu tərk edəcək"
Digər ölkələr
- 05 fevral, 2022
- 18:57
"Prezident seçiləcəyim təqdirdə Fransa NATO-nu tərk edəcək".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Fransa prezidentliyinə namizəd, “Milli cəbhə” partiyasının lideri, deputat Marin Le Pen deyib.
“Biz öz maraqlarımızı azad şəkildə müdafiə etməli, hərbi bloklardan çıxmalıyıq. Bir daha başqalarının münaqişələrinə cəlb olunmamalıyıq”, - Le Pen bildirib.
Fransada prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək. Hazırkı prezident Emmanuel Makron hələlik seçki yarışında iştirakını rəsmən açıqlamayıb.
Qeyd edək ki, 2017-ci ilin prezident seçkilərində “Milli cəbhə” partiyasının lideri Marin Le Pen 10,6 milyon seçicinin (33,94 faiz) səsini toplamağa müvəffəq olub. Bu, “Milli cəbhə” partiyası üçün rekord göstəricidir.
Son xəbərlər
14:06
Foto
Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazanıblar
Fərdi14:00
Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək
Energetika13:52
Xocavənd sakini: 24 yaşında çıxdığım yurdumuza indi 7 nəvəmlə qayıdıram
Daxili siyasət13:45
Türkiyəli general: Azərbaycan və Özbəkistan çox ciddi resurslara malikdirlər
Region13:44
"Tottenhem" "Mançester Siti"nin futbolçusu Savinyonu transfer edib
Futbol13:40
Azərbaycan Suriya və Kolumbiyadan limon və laym idxalını bərpa edib
Biznes13:35
Baş Prokurorluq: Köçəryana qarşı cinayət istintaqı başlanılıb - YENİLƏNİB-3
Region13:33
Azərbaycanın I Liqa təmsilçisi "Xankəndi" Kristian Kamta Fokunu heyətinə qatıb
Futbol13:23