Lavrov: Yaxın Şərqdə müharibə nüvə silahının yayılmasına səbəb ola bilər

Digər ölkələr
  • 03 mart, 2026
  • 14:48
Lavrov: Yaxın Şərqdə müharibə nüvə silahının yayılmasına səbəb ola bilər

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı Yaxın Şərqdə nüvə silahının yayılmasına səbəb ola bilər.

"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"İrana qarşı bu müharibə ilk növbədə nüvə silahının yaradılması lehinə hərəkatı stimullaşdıra bilər və bu, təkcə İranda deyil. Belə bir hərəkat dərhal İranla qonşu olan ərəb ölkələrində də yarana bilər", – Lavrov deyib.

Rusiya XİN rəhbəri qeyd edib ki, İrana qarşı əməliyyatın əvvəlcədən elan olunmuş məqsədi nüvə silahının yayılmasının qarşısını almaqdır. Lakin bu, tam əks nəticəyə gətirib çıxara bilər.

"Beləliklə, paradoksal olaraq, nüvə silahının yayılmasının qarşısını almaq üçün müharibəyə başlamaq kimi elan edilən nəcib məqsəd tamamilə əks tendensiyaları stimullaşdıra bilər", – o bildirib.

44 - Tezliklə