Lavrov və Qerasimov Makronla Suriyadakı vəziyyəti müzakirə ediblər

Digər ölkələr
  • 24 iyul, 2018
  • 19:49
Lavrov və Qerasimov Makronla Suriyadakı vəziyyəti müzakirə ediblər

Bakı. 24 iyul. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Qerasimov Fransa Prezidenti Emmanuel Makronla görüşdə Suriyada siyasi prosesləri müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında yerləşdirilmiş məlumatda deyilir.

Qeyd olunur ki, tərəflər həmçinin münaqişədən sonra qaçqınların öz yerlərinə dərhal köçürülməsinin vacibliyinə diqqət çəkiblər.

44 - Tezliklə