Latviyada şəhər meri latış dilini pis bildiyinə görə cərimə olunub

Digər ölkələr
  • 05 oktyabr, 2017
  • 17:49
Latviyada şəhər meri latış dilini pis bildiyinə görə cərimə olunub

Bakı. 5 oktyabr. REPORT.AZ/ Latviyanın ikinci böyük şəhəri olan Dauqavpilsin meri Rixard Eyqimis latış dilini yaxşı bilmədiyinə görə cərimə olunub.

"Report" TASS-a istinadən xəbər verir ki, cəza respublikanın Dövlət Dili Mərkəzi tərəfindən həyata keçirib.

İdarə dörd şikayət əsasında yoxlama aparıb. Eyqimis cərimə ödəməli və altı ay ərzində öz dil biliklərini təkmilləşdirməlidir.

44 - Tezliklə