Latviya Ukraynaya helikopterlər və digər hərbi texnikalar göndərəcək

Digər ölkələr
  • 18 yanvar, 2023
  • 14:24
Latviya Ukraynaya helikopterlər və digər hərbi texnikalar göndərəcək

Latviya Ukraynaya “Stinger” zenit-raket kompleksləri, helikopterlər, pulemyotlar və pilotsuz uçuş aparatları (PUA) göndərəcək.

"Report" xəbər verir ki, bu barədə LETA agentliyi məlumat yayıb.

“Yaxın vaxtlarda biz Ukraynaya yeni hərbi yardım göstərəcəyik. Buraya “Stinger” zenit-raket kompleksləri, helikopterlər, pulemyotlar və PUA-lar daxildir”, - Latviyanın müdafiə naziri İnara Murnieçe deyib.

O, həmçinin qeyd edib ki, bu il Latviya Ukrayna hərbçilərinin müxtəlif səviyyələrdə təlimlərini davam etdirəcək: “Təlimlərin intensivliyinin artırılması və 2022-ci illə müqayisədə azı iki dəfə çox ukraynalı hərbçinin hazırlanması planlaşdırılır”.

Xatırladaq ki, Latviyanın Ukraynaya ayırdığı maliyyə yardımı 314 milyon avrodan çoxdur. Bu, ölkənin ÜDM-nin 0,93%-ni təşkil edir. Bunun təxminən 300 milyon avrosu hərbi təchizat üçün nəzərdə tutulub.