Latviya tezliklə Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan edəcək
- 08 sentyabr, 2022
- 04:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Şengen vizası olan Rusiya vətəndaşlarının Baltikyanı ölkələrin sərhədlərini keçməsinə qoyulan qadağa yaxın on gün ərzində qüvvəyə minəcək.
“Report” xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviç bildirib.
Nazirin izah etdiyi kimi, qısamüddətli Şengen vizası olan ruslar Baltikyanı ölkələrdən Avropa Birliyinin xarici sərhədini, o cümlədən hava limanı, quru sərhədi və ola bilsin, dəniz sərhədini keçə bilməyəcəklər.
Bu məhdudiyyətlərin effektivliyi barədə suala nazir cavab verib ki, çoxlu sayda Rusiya vətəndaşı Avropa İttifaqına daxil olmaq üçün Baltikyanı ölkələr, eləcə də Finlandiya və Polşadan istifadə edir.
O, həmçinin vurğulayıb ki, bu qərar həm güclü, həm də mənəvi-siyasi aspektə malikdir.