Latviya, Estoniya və Britaniya Ukraynaya hərbi yardımı davam etdirəcək

Digər ölkələr
  • 20 fevral, 2022
  • 00:13
Latviya, Estoniya və Britaniya Ukraynaya hərbi yardımı davam etdirəcək

Latviya, Estoniya və Böyük Britaniya Ukraynaya hərbi və maliyyə yardımını davam etdirəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Latviya Prezidentinin ofisi məlumat yayıb.

Belə ki, Latviya lideri Egils Levits Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Estoniya və Böyük Britaniyanın baş nazirləri Kaya Kallas və Boris Conson ilə görüş keçirib. Görüşün yekununda tərəflər Ukraynanın hərbi və maliyyə yardımını davam etdirməli olduğu barədə razılığa gəliblər.

İclasda, həmçinin NATO-nun şərq cinahının gücləndirilməsi, eləcə də Rusiyaya qarşı uzunmüddətli sanksiyaların hazırlanmasına çağırış edilib.

44 - Tezliklə