Latviya Belarusla sərhədin mühafizəsini gücləndirir
Digər ölkələr
- 15 avqust, 2023
- 22:17
Latviyanın Dövlət Sərhəd Xidməti Belarusla sərhədin mühafizəsini gücləndirmək məqsədilə əməkdaşlarını məzuniyyətdən geri çağırır.
“Report” xəbər verir ki, bu barədə sərhəd idarəsi məlumat yayıb.
Qeyd olunub ki, qərar Latviya-Belarus sərhədində hibrid təhlükənin artması ilə əlaqədar qəbul edilib. Belə ki, son sutka ərzində sərhədi qanunsuz keçməyə 96 cəhd qeydə alınıb.
Dövlət Sərhəd Xidməti işçilərə illik məzuniyyət verilməsini dayandırıb və əvvəllər məzuniyyətə çıxmış vəzifəli şəxslər geri çağırılıb. Qurum sərhədçiləri əlavə xidmətə səfərbər etdiyini qeyd edib, ordudan və milli polisdən kömək istəyib.
Son xəbərlər
21:06
Qubada zəlzələ qeydə alınıb
Hadisə20:51
Lukaşenko hakimiyyətin onun övladlarına ötürüləcəyini iddia edənləri "axmaq" adlandırıb
Digər ölkələr20:48
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb
Elm və təhsil20:34
Böyük Britaniyada bir sutka ərzində ikinci qatar relsdən çıxıb
Digər ölkələr20:22
İsrail Qəzzanın cənubunda HƏMAS-ın bölük komandirini öldürüb
Digər ölkələr20:11
Dünya Bankı dağıdıcı zəlzələ ilə bağlı Kolumbiyaya 200 milyon dollar ayırıb
Digər ölkələr20:01
Bakıda yaşıllıqlara 39 min manatdan çox ziyan vurulub
Ekologiya19:51
Foto
Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq müzakirə olunub
Region19:35