Las-Veqasda hotel işçisi rəhbərliyə atəş açıb
Digər ölkələr
- 16 aprel, 2018
- 10:08
Bakı. 16 aprel. REPORT.AZ/ ABŞ-ın Las-Veqas şəhərində yerləşən "Venetian" hotelinin keçmiş əməkdaşı mehmanxanın rəhbərliyinə atəş açıb.
"Report" "nydailynews"a istinadən xəbər verir ki, hadisə dünən gecə hotel rəhbərliyinin piknik təşkil etdiyi Sanset parkında baş verib.
Əvvəlcə şübhəli şəxs 50 yaşlı qadını vuraraq öldürüb, ardından isə elə o yaşlarda olan kişiyə doğru atəş açıb.
Hazırda yaralı Las-Veqasdakı xəstəxanalardan birində kritik vəziyyətdədir.
Hələlik atəş açan şəxsi ələ keçirmək mümkün olmayıb, amma onun avtomobili yerli aeroportda aşkarlanıb.
Yerli KİV atəş açan şəxsin 2003-cü ildən kazinoda diler kimi fəaliyyət göstərdiyini yazıb. 2010-cu ilə olan məlumata görə, onun 300 min ABŞ dollarından çox borcu olub.
Son xəbərlər
15:42
Nepalda güclü daşqınlar səbəbindən ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB
Digər ölkələr15:41
Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit
Maliyyə15:37
"Brayton" Qambiya millisinin üzvü Yankuba Minte üçün 80 milyon funt-sterlinq tələb edir
Futbol15:34
Azərbaycanda "Point Brower D" markalı gəmi hərraca çıxarılır
Biznes15:33
Bakıda 4 min ədəddən çox qəlyan tütünü dövriyyədən çıxarılıb
Biznes15:32
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
Ekologiya15:31
Azərbaycan qarğıdalı idxalına çəkdiyi xərci 2 %-dən çox artırıb
Biznes15:22
MDB-də elektromobillər üçün günəş enerjidoldurma stansiyası ilk dəfə Astanada işə salınıb
Region15:19