KXDR Yapon dənizinə naməlum mərmi atıb

Digər ölkələr
  • 20 mart, 2020
  • 22:37
KXDR Yapon dənizinə naməlum mərmi atıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizinə tərəf azı bir naməlum mərmi atıb.

“Report”un məlumatına görə, bu barədə Cənubi Koreyanın hərbi qərargahına istinadən “Ryonhap” agentliyi xəbər verir.

"Şimali Koreya Yapon dənizinə tərəf tanınmamış mərmi atıb", - xəbərdə deyilir.

Bu, ayın əvvəlindən KXDR-in artıq üçüncü mərmi sınağıdır. Martın 2-də KXDR Yapon dənizinə tərəf iki mərmi atıb, martın 9-da Koreya Xalq Demokratik Respublikası kiçik mənzilli raketlərin müxtəlif növlərinin sınağını keçirib.

Ötən il Şimali Koreya 13 raket və reaktiv mərmini sınaqdan keçirib. BMT bunu Təhlükəsizlik Şurasının qətnaməsinin pozulması adlandırıb.