Krit adasında fövqəladə vəziyyət elan olunub
Digər ölkələr
- 09 aprel, 2019
- 11:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Egey dənizində Yunanıstana məxsus Krit adasında leysan yağışları və daşqınlar səbəbindən fövqəladə vəziyyət elan olunub.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, təbii fəlakət kurort mərkəzi olan adaya maddi ziyan vurub, infrastruktur sistemləri dağılıb.
Ekathimerini.com xəbər verir ki, fevral-mart aylarında da davam edən daşqınlardan böyük zərər çəkən adaya hökumət 92 milyon avroya yaxın məbləğdə yardım ayırmaq barədə qərar verib.
Təbii fəlakət ölkənin başqa bölgələrində də ciddi fəsadlara yol açıb. Belə ki, paytaxt Afinada bəzi küçələrdə leysanın səbəb olduğu daşqınlar üzündən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Leysan yağışları və fırtınanın daha bir neçə gün davam edəcəyi bildirilir.
Son xəbərlər
19:34
Azərbaycanda TOP-10 özəl şirkətin qeyri-neft ixracının dəyəri 2 dəfədən çox artıb
Biznes19:32
Robert Kalinyak: Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib
Xarici siyasət19:31
Elçin Qasımov: Bakı və Bratislava müdafiə sahəsində səmərəli əməkdaşlığı inkişaf etdirir
Xarici siyasət19:28
Sahibə Qafarova: Yeni təşəbbüslər Bakı və Bratislava arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
Xarici siyasət19:24
Zelenski: Belçika ilin sonunadək Ukraynaya üç F-16 verəcək
Region19:21
Səfir: Slovakiya və Azərbaycan qaz tədarükü sahəsində uzunmüddətli həllər axtarır
Xarici siyasət19:19
Tokayev Qazaxıstan və Almaniya arasında investisiya-maliyyə platforması yaratmağı təklif edib
Region19:13
Tramp İranla münaqişənin tezliklə başa çatacağına əmindir
Digər ölkələr19:07