Kris Rayt: Hörmüz boğazından gündəlik 9 milyon barel neft daşınır

Digər ölkələr
  • 06 sentyabr, 2026
  • 18:48
Kris Rayt: Hörmüz boğazından gündəlik 9 milyon barel neft daşınır

Gələcəkdə bir neçə ölkə Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün ABŞ-yə qoşulacaq.

"Report"un məlumatına görə, bunu ABŞ-nin energetika naziri Kris Rayt CNN-in efirində bildirib.

"Güman edirəm ki, gələcəkdə digər ölkələr də gələcək və bu işdə bizimlə əməkdaşlıq edəcəklər", - o, yeni reallıqda ABŞ Hərbi Dəniz Qüvvələrinin boğazda mövcudluğu ilə bağlı suala cavabında bildirib. "Ticarət, şübhəsiz ki, sülh üçün vacibdir və bu, yalnız Vaşinqtonun məsuliyyəti olmamalıdır", - nazir əlavə edib.

K.Raytın sözlərinə görə, Hörmüz boğazından nəql edilən neftin həcmi gündə 9 milyon bareldən artıqdır.

"Hörmüzdən tranzit hazırda gündə orta hesabla 9 milyon bareldən çoxdur və boğazı keçən boru kəmərləri ilə həcmlər münaqişədən əvvəlki səviyyənin üçdə ikisinə çatır", - o qeyd edib.

Energetika Nazirliyinin rəhbəri bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri İranın əks təsirinə baxmayaraq, Hörmüz boğazı uğrunda döyüşdə qalib gəlir.

44 - Tezliklə