Kris Rayt: Hörmüz boğazı vasitəsilə gündəlik təxminən 11 milyon barel neft nəql edilir

Digər ölkələr
  • 10 sentyabr, 2026
  • 03:22
Kris Rayt: Hörmüz boğazı vasitəsilə gündəlik təxminən 11 milyon barel neft nəql edilir

Hörmüz boğazı vasitəsilə nəql edilən neft və neft məhsullarının həcmi, demək olar, gündəlik 11 milyon barel təşkil edir.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "Bloomberg TV"yə müsahibəsində bildirib.

"Gəmilərlə boğazdan daşınan neft və neft məhsullarının yeddi günlük orta həcmi gündəlik 11 milyon bareldən bir qədər az təşkil edib. Gündəlik daha 3–5 milyon barel isə boğazdan yan keçməklə boru kəmərləri vasitəsilə nəql olunur", - o bildirib.

Raytın sözlərinə görə, ABŞ hərbi gəmiləri hələ də münaqişə zonası olaraq qalan Hörmüz boğazından keçməkdə gəmilərə kömək edir.